Əli Həsənov Rəbiyyət Aslanovanı təkzib etdi
20:40 24-04-2013
CƏMİYYƏT
Əli Həsənov Rəbiyyət Aslanovanı təkzib etdi
Şöbə müdiri dediyi hər bir sözün arxasında durduğunu bildirdi
Son günlər bir sıra beynəlxalq təşkilatlara , o cümlədən ABŞ-in Milli Demokratiya İnstitutuna qarşı edilən çıxışlar və aparılan araşdırmalar deyəsən birmənalı qarşılanmır. Öncəliklə qeyd edək ki, aparılan araşdırmalar zamanı aydın oldu ki, MDİ-in Bakı bürosunun xətti ilə 2 milyon dollara qədər pulun hara sərf edildiyi məlum deyil.
Yəni şəffaflıq qaydaları ciddi şəkildə pozulub. Bundan başqa aydın oldu ki, MDİ-in xətti ilə yaradılan Açıq Fikir Universitetinin də maliyyəsi şübhəlidir və hazırda bu təşkilatla da bağlı araşdırmalar aparılır. Bunlarla yanaşı ölkənin müəyyən siyasi dairələri də bu təşkilatlarla bağlı sərt açıqlamalar verməkdə və ölkəyə kökü məlum olmayan təşkilatlardan maliyyə axınının olmasını qəbuledilməz hesab etdilər və qəti ölçülərin götürülməsini tələb etdilər. Bu sırada daha kəskin bəyanatla çıxış edən isə PA-in şöbə müdiri Əli Həsənov oldu-: "Bu birliyi sarsıtmaq, ölkəni qarşıdurmaya, anarxiya və xaosa sürükləmək istəyən bəzi xarici dairələrə, daxil anti-milli ünsürlərə prinsipial cavab verilməməklə, onları ifşa etməməklə biz təkcə bu günə kimi əldə etdiyimiz mühüm uğurlara laqeydliyimizi nümayiş etdirmirik, həm də yaratdığımız müstəqil və güclü Azərbaycanımızı ərməğan etməyə hazırlaşdığımız gələcək nəsillər qarşısında məsuliyyətdən yayınırıq. Buna görə də Vətənimizin təəssübü, milli və dövlətçilik maraqları, həyati əhəmiyyət kəsb edən maddi və mənəvi resurslarımız və milli-əxlaqi dəyərlərimiz hər bir azərbaycanlı üçün "qırmızı xətt", keçilməz və pozulmaz prinsip olmalıdır. Məgər erməni lobbisindən, ermənipərəst dairələrdən qrant alaraq beynəlxalq tribunalarda bu dövlətə ləkə yaxanlar, erməniləri məzlum, azərbaycanlıları isə vəhşi bir xalq kimi təqdim edənlər, ölkəmizə səfər edən əcnəbilərə haqqımızda ağlasığmaz uydurmalar danışanlar və s. milli nifrətə layiq deyillər? Azərbaycan dövlətinə təzyiq göstərən, ona qarşı çirkab yağdıran, yeri gəldi-gəlmədi üzərinə yeriyən istənilən daxili və xarici təşkilat, yaxud şəxs bilməlidir ki, onu xalqın nifrəti, ziyalımızın, alimimizin, yazıcı və jurnalistimizin, millət vəkillərinin və məmurların ictimai qınağı gözləyir. Əgər hazırda belə deyilsə, deməli millət vəkilləri, məmurlar, ictimai xadimlər, milli media və vətəndaş cəmiyyəti institutları öz fəaliyyətləri haqda bir qədər də düşünməlidirlər".
Çox maraqlıdır ki, Əli Həsənov konkret fikir bildirsə də bir sıra siyasi simalar daha çox susmağa üstünlük verdilər. Hətta belə bir rəy də səsləndi ki, bu simaların ABŞ-la və ya qərblə hansısa bağlılıqları olması səbəbindən daha çox susmağa üstünlük verirlər. Bunu da qeyd edək ki, həqiqətən də öncələr daha kütləvi şəkildə sərt yanaşmalar nümayiş etdirilirdi. Amma ABŞ-da arzuolunmaz şəxslərin siyahısının zaman-zaman hazırlanması və onların bank hesablarına belə həbsin qoyulması ilə bağlı fikirlər gündəmə gələndən sonra belə bir susqunluğun şahidi olduq. Bundan başqa elə simalarda oldu ki, onlar daha çox neytral yol tutmaqla bir balansın qorunmasına çalışdılar. Bu baxımdan MM-də komitə sədri olan Rəbiyyət Aslanovada balanslı bir xətt tutdu və Əli Həsənovun bu tənqidini emosionallıq kimi dəyərləndirdi. Amma Rəbiyyət Aslanovanın bu açıqlamasını Əli Həsənov qəbul etmədi:-" Mənim ölkə ictimaiyyətini antiazərbaycan mövqeyində dayanan daxili və xarici təşkilatlara qarşı prinsipal vətəndaş mövqeyi nümayiş etdirmək, yaxud belələrinə qarşı ictimai qınaq ortaya qoymaq kimi çağırışları edərkən, guya "emosional" vəziyyətdə olmağım haqda hörmətli Rəbiyyət Aslanovanın "Azadlıq" radiosunda səsləndirdiyi fikir, tamamilə əsassızdır. Mən hazırda, emosiyaya qapılıb qərar vermək, yaxud mühüm ictimai çağırış etmək, sonra da bunu emosiya ilə əsaslandırmaq mövqeyində, yaşında və başında deyiləm. Səsləndirdiyim bəyanatlar mənim prinsipial vətəndaş, düşünülmüş məmur mövqeyimdir və heç vaxt bu mövqedən geri çəkilməyəcəyəm".
Çox maraqlıdır ki, bu gün hakimiyyətdə artıq bu məsələyə ikili yanaşma kifayət qədər güclənib. Bir tərəf Əli Həsənovun simasında Azərbaycan maraqlarına zərrə qədər xətər toxunduran qüvvələri təcrid etmək, degər qanad isə Rəbiyyət Aslanovanın timsalında qüvvələrlə balanslı siyasət yürütmək təklifi ilə çıxış edənlərdir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22