"Yusif Vəzir Çəmənzəminli Şuşada anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə ilk səfiri olub. Bir sıra müdhiş romanların müəllifidir, gözəl esseləri var".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, Çəmənzəminli məzarı Rusiya ərazisində dəfn olunub:

"Onun məzarının yeri təqribən bəllidir. İndi Rusiya ilə münasibətlərimiz normaldır, müstəqil dövlətik. Onun nəşini gətirib Şuşada dəfn etmək olar. Biz Qarabağa yalnız insanları deyil, həm də bizim tariximizdə rol alan, müstəqilliyimiz uğrunda savaşmış insanların ruhlarını qaytarmaq barədə düşnməliyik. Yusif Vəzir Çəmənzəminli kimi böyük şəxsiyyətin nəşinin Azərbaycana qaytarılmasını xahiş edərdim".

Anar Kəlbiyev