"Cinayət Məcəlləsinin 234.1-ci maddəsi var. Yəni, satış məqsədi olmadan narkotik vasitələrin və psixatrop maddələrin daşınması, istifadə olunması və s. Həbsxanaların az qala 60-70 faizi bu şəxslərlə doludur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib. Onun sözlərinə görə, cəmiyyətdə gizlin deyil ki, bu şəxslərin həbsə alınması heç bir effket vermir:

"Cinayət Məcələsinin bu maddəsini ləğv etmək, həmin şəxsləri məcburi müalicəyə yönəltmək lazımdır. Ona görə ki, müstəntiqlərimiz yorucu, lazımsız işlə yüklənirlər. Minlərlə belə işlə məşğul olurlar, həbsxanada dövlət vəsaiti buna sərf edilir. Bir sıra dövlətlərdə bu hal cinayət deyil. Bundan başqa qəsdən sağlamlığa yüngün xəsarət yetirmə maddəsi var ki, o da çıxarılmalıdır. Cinayət Məcəlləsində bu cü xeyli maddə var və düşünürəm bunları çıxarmaq lazımdır".

Anar Kəlbiyev