Azərbaycan Turizm və Menecment Universitetinin ATMU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa Avropa Birliyinin “Erasmus+” proqramı çərçivəsində İtaliya Respublikasının G d’Annunzio Chieti – Pescara Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə olub.

"Unikal" xəbər verir ki, ATMU növbəti 3 il ərzində “Erasmus+” layihəsinə müvafiq olaraq İtaliyanın Chieti – Pescara universiteti və eləcədə Balkan ölkələrinin bir sıra universitetləri ilə tələbə - müəllim mübadiləsini və uyğun təlimləri həyata keçirəcək.