Mənim üçün ilin ən yaxşı qadın idmançısı adına layiq görülmək böyük şərəfdir. Bu uğuruma görə məşqçilərimə və federasiyamıza təşəkkür edirəm.
"Unikal" xəbər verir ki, bu sözləri “İlin ən yaxşı qadın idmançısı” seçilmiş bədii gimnast Zöhrə Ağamirova Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə jurnalistlərə açıqlamasında deyib.
Bu ilin onun üçün uğurlu keçdiyini söyləyən Z.Ağamirova deyib: “Ümid edirəm ki, 2024-cü ildə də bu uğurlarımı təkrarlaya biləcəyəm. Çünki "Paris-2024" Yay Olimpiya Oyunlarına ciddi hazırlaşıram. Hər gün 7-8 saat məşq edirəm”.
22 yaşlı gimnast qarşıdan gələn Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib.