Məhəllədə priotexniki vasitənin partlaması nəticəsində azyaşlı uşaq bərk qorxub və dili tutulub.

"Unikal" Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə paytaxt Bakıda baş verib.

Uşağın anasının sözlərinə görə, dostları ilə məhəllədə oynayan oğlu anidən ağlayaraq evə gəlib və həmin andan etibarən üç gün danışmayıb.

Məsələ ilə bağlı defektoloq-loqoped Esmira Qafarova bildirib ki, qorxudan istənilən yaşda insanda bu hallar yaşana bilər.