Salyanda bir nəfər bıçaqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dekabrın 26-da saat 19 radələrində Salyan rayonunun Xurşud kəndi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş 1962-ci il təvəllüdlü Səxavət Nuriyev müəyyən olunaraq saxlanılıb.
Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.