"Liverpul" hücumçusu Məhəmməd Salahla bağlı qərarını verib.
"Unikal" xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. İngiltərə klubu 31 yaşlı forvardla yeni müqavilə imzalayacaq. Sözləşmə 2027-ci ilin yayına qədər nəzərdə tutulacaq.
Xatırladaq ki, misirli futbolçu 2017-ci ildə “Roma”dan “Liverpul”a keçmişdi. Bu mövsüm Salah "mersisaydlılar"ın heyətində bütün turnirlərdə 26 oyun keçirib və 16 qol vurub və 8 qolun ötürməsini edib.