Ədliyyə Nazirliyinin Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasının tikinti işlərinin satın alınması ilə bağlı elan etdiyi tender yekunlaşıb.

"Unikal" xəbər verir ki, tenderin qalibi "EUROLİNE" Qapalı Səhmdar Cəmiyyətidir.

Tikinti işlərinə görə 21 650 000 (21 milyon 650 min manat) ödəniləcək.