Dünyada həyat normal axışına davam edərkən İsrailin hücumlarının davam etdiyi Qəzzadakı dağıntı və insanların yaşadığı kədər dilemma olaraq fotolara yansıyır.
"Unikal" xəbər verir ki, Türkiyənin "NTV" telekanalı dünyada baş verən ikili həyatları fotolarda müqayisəli şəkildə əks etdirib.
Sözügedən fotoları təqdim edirik:
1. ABŞ-də Nyu-Yorkun dünyaca məşhur Times Meydanında qadının Yeni il sevinci əks olunan fotosu ilə Qəzzada hücum nəticəsində yaralanan qızın anasının fəryadı müqayisə edilib.
2. 2022 FİFA Dünya Çempionatinin final oyununda qalib olan Argentina oyunçusu Lionel Messiyə təqdim edilən Adidas Qızıl Top mükafatının fotosu ilə Qəzzadakı övladınıın nəşini tutmuş atanın fəryadı...
3. ABŞ-nin Kaliforniya ştatında keçirilən dünyanın ən çətin qaçışı “Tough Mudder” yarışmasından olan foto ilə İsrailin hücumu nəticəsində ölən fələstinlilərin meyitlərinin kütləvi şəkildə dəfn olunduğu fotolar qarşılaşdırılıb.
4. Hindistanda “rənglər festivalı” kimi tanınan “Holi festivalı” ABŞ-nin Nyu-York şəhərində qeyd edilərkən İsrailin hücumu zamanı yaralanan fələstinli qadının ÜZÜ...
5. Fransada qarşıdan gələn Yeni il və Milad bayramı ilə əlaqədar paytaxt Parisin küçələri və vitrinləri işıqlı bəzəklərlə bəzədilib. İsrailin hücumları səbəbindən Qəzzada ərzaq qıtlığı yaranıb. Bölgədə işləyən yeganə çörək zavodu olduğundan qəzzalılar çörək almaq üçün uzun növbələr yaradırlar.
6. Nyu-York ştatında yerləşən Mərkəzi Park amerikalıların və şəhərə gələn turistlərin diqqətini at arabaları ilə çəkir. Dünyanın digər tərəfində isə HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları yaralı və həlak olan fələstinliləri döyüş bölgəsindən çıxararaq at arabası ilə Qəzza zolağına gətiriblər.
7.İspanların dünyaca məşhur mədəniyyət tədbirlərindən biri olan "San Fermin" festivalından olan foto ilə Qəzzada müharibədə həlak olmuş jurnalistin dəfn mərasimindəki izdiham qarşılaşdırılıb.
8. Amerikalı gün batımı zamanı Hudson çayının sahilində velosiped sürərkən, dünyanın qaynar nöqtəsi olan Qəzzada bir uşaq dağıntılar arasında velosiped sürməsi müqayisə edilib.
Zərifə Nağıyeva