Nigeriyanın Rivers əyalətində neft boru kəmərində baş verən partlayışda 20 nəfər həyatını itirib. 

"Unikal" xarici KİV-ə istinadən  xəbər verir ki, Rivers əyalətinin Omoku bölgəsində neft şirkətinin borusunu neft oğurlamaq istəyən gənclərin deşdiyi bildirilir. Bu vaxt baş verən partlayışda 20 nəfərin həyatını itirib, çoxlu sayda insanın yaralanıb. 

Səlahiyətlilər hadisə yerinə axtarış-xilasetmə qruplarının göndərildiyini və partlayışla bağlı araşdırmalara başlanıldığını bildirib. 

Afrikanın neft və təbii qazla zəngin ölkəsi Nigeriyada zaman zaman neft oğurluğu hadisələri baş verir.

Gülayə Mecid