Türkiyə ordusunin Suriya və İraqın şimalında keçirdiyi əməliyyatlarda 59 terrorçu zərərsizləşdirilib.

"Unikal" xəbər verir ki, bunu ölkənin Milli Müdafiə Naziri Yaşar Gülər yerli KİV-ə açıqlamasında deyib. 

"71 hədəfə qarşı hava əməliyyatı keçirilib. Dəyərli övladlarımızın qisasını aldıq və almağa da davam edirik. Ən ağır şəkildə almağa davam edəcəyik", - nazir ifadə edib. 

Xatırladaq ki, dekabrın 22-si və 23-ü terror təşkilatı PKK-nın “Pəncək-kilid əməliyyatı” bölgəsində həyata keçirdiyi xain hücumunda 12 türk əsgəri şəhid olub.

Gülayə Mecid