Qərbin Ukraynaya yardım üçün əlavə vəsait ayırması xüsusi əməliyyatın gedişatını dəyişməyəcək.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

"Bu pul xüsusi hərbi əməliyyatda hadisələrin gedişatını dəyişə bilməz ", - Peskov aydınlıq gətirib.

Həmçinin Kremlin rəsmi nümayəndəsi qeyd edib ki, avropalılar və amerikalılar indi anlamağa başlayıblar ki, Kiyevi dəstəkləmək üçün ayrılan pulun əhəmiyyətli hissəsi oğurlanır. 

"Buna baxmayaraq, Aİ öz iqtisadiyyatının acınacaqlı vəziyyətinə məhəl qoymadan Ukraynaya pul xərcləməkdə davam edir",- Peskov yekunlaşdırıb. 

Gülayə Mecid