Rusiya və Hindistan arasında hərbi-texniki əməkdaşlıqda, o cümlədən silahların birgə istehsalı sahəsində müəyyən irəliləyiş var.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz hərbi-texniki əməkdaşlığın, o cümlədən müasir silahların birgə istehsalının perspektivlərini müzakirə etdik. Burada da konkret irəliləyiş var. Bu istiqamətdə əməkdaşlığımız da strateji xarakter daşıyır. Onun dərinləşməsi dövlətlərimizin milli maraqlarına uyğundur", - deyə o, Hindistanın xarici işlər naziri Subramanyam Caişankarla Moskvada keçirilən görüşündən sonra bildirib.

Ağarza Elçinoğlu