Bəzi iri məmurlar Şahin Mustafayevdən niyə incik düşdü?
20:42 24-04-2013
CƏMİYYƏT
Bəzi iri məmurlar
Şahin Mustafayevdən niyə incik düşdü?
Onlar nazirin vətəndaşlarla qəbulu fərqli şəkildə aparmasından narazı qalıblar
Məlum olduğu kimi, artıq bir müddətdir nazirlər bölgələrdə vətəndaşlarla görüşlər təşkil edir, qəbullar keçirirlər. Bir çox hallarda bu görüşlər, qəbullar formal xarakter daşıyır, hər kəsə fikirlərini, şikayətlərini, prolblemlərini çatdırmaq imkanı verilmir.
Ümumiyyətlə, hökumət nümayəndələrinin yerlərdə vətəndaşlarla təmasa keçməsi təqdirəlayiq hesab olunsa da, əksəriyyətdə bunun seçki ilinə hesablandığı, cəmiyyətdə artan narazılıqlara qarşı əks-reaksiya mahiyyəti daşıdığı barədə fikirlər var. Eyni zamanda hesab olunur ki, bu qəbullar yalnız o zaman faydalı ola bilər ki, vətəndaşların şikayətləri fərq qoyulmadan, ayrı-seçkilik edilmədən diqqətlə dinlənilsin, eyni zamanda səsləndirilən problemlər yalnız nazirlərin qeyd dəftərçələrinə yazılmaqla kifayətlənilməsin, kağız üzərində qalmasın, onların həlli üçün real səylərlə, əməli fəaliyyətlə müşaiyət olunsun.
Amma hələlik biz bunu müşahidə edə bilmirik, formallıq, "qəbul xətrinə qəbul" tendensiyasının daha güclü olduğunu görürük. Bəlkə elə buna görədir ki, iqtisadi inkişaf naziri Şahin Mustafayevin vətəndaşlarla görüşünün forması və mahiyyəti bəzi iri məmurlarda hətta narazılıq yaradıb.
Bu məlumatı verən mənbənin sözlərinə görə, aprelin 20-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Şirvan şəhərində və ona yaxın 9 rayonda yaşayan vətəndaşları qəbul edib. Əsas məsələ isə orasındadır ki, Şahin Mustafayevin Şirvan görüşü bəzi digər məmurların görüşlərindən fərqli olub.
Belə ki, iqtisadi inkişaf naziri yerlərdə vətəndaşları qəbul edən digər məmurlardan fərqli olaraq görüşə vaxtından tez gəlib. Üstəlik, gəlişi zamanı ətrafda polis və mülkigeyimlilər gözə dəyməyib. Qəbul keçirilən müddətdə Şirvan Mədəniyyət Sarayının qapısı da hamı üçün açıq olub. Ünvanı səhv gələnlər belə geri qaytarılmayıb. Hətta günün ikinci yarısında da qəbula yazılanlar olub.
Mustafayevin görüşünün digər bəzi yüksək vəzifəlilərin qəbulundan fərqlənməsi isə bəzi nazirləri qıcıqlandırıb. Onlar hesab edirlər ki, iqtisadi inkişaf naziri vətəndaşlara və hökumətin ali rəhbərliyinə xoş görünmək üçün belə üsul seçib. Eyni zamanda nazirin görüşünün mətbuatda "fərqli" təqdim edilməsi də digər bəzi məmurları incik salıblar. Onlar hesab edirlər ki, Şahin Mustafayev özünü ön plana çıxarmaqla hökumətdəki yerini daha da möhkəmlətmək və seçki sonrası yeni formalaşdırılacaq hökumət kabinetində postunu təminat altına almaq istəyir.
Digər bəzi iri məmurları incik salan həm də iqtisadi inkişaf naziri Şahin Mustafayfevin Şirvan görüşünün sonunda söylədikləri olub. Nazir qəbula gələnlərə bütün şikayətlərin diqqətlə araşdırılacağını, hətta İqtisadi İnkişaf Nazirliyinə aidiyyəti olmayan problemlərin də həllinə çalışılacağını deyib. Bəzi məmurlar Şahin Mustafayevin "İqtisadi İnkişaf Nazirliyinə aidiyyəti olmayan problemlərin də həllinə çalışılacağı" barədə vədini başqalarının səlahiyyətlərinə hörmətsizlik və müdaxilə cəhdi hesab edirlər. Onların fikrinecə, Mustafayev elə həlli edilməsinin məsuliyyəti elə öz nazirliyinin üzərinə düşən problemləri yoluna qoysun, kifayətdir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22