Rusiyanın təhsil naziri Sergey Kravtsov ölkə məktəblərində üçüncü növbəli tədrisin ləğv edildiyini açıqlayıb.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, o, müvafiq təşəbbüsün həyata keçirilməsi barədə Dövlət Şurasının mentorluq üzrə iclası zamanı danışıb.

Nazirin sözlərinə görə, 2023-cü ildə ölkədə rekord sayda - 1179 yeni təhsil müəssisəsi açılıb, eyni zamanda mütəxəssislər tərəfindən 3,5 min məktəb təmir edilib.

"Məktəblərdə üçüncü növbə tamamilə ləğv edilib", - Kravtsov bildirib.

Nuranə Abbasova