Burkina-Fasonun keçmiş xarici işlər naziri (1994-1999), Ümumdünya Ticarət Təşkilatı rəhbərinin keçmiş müavini (1999-2002), müxalif fikirli Ablasse Uedraoqo üç gün əvvəl oğurlanıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, 70 yaşlı siyasətçi dekabrın 24-də axşam saatlarında özünü milli polisin üzvləri kimi təqdim edən şəxslər tərəfindən Uaqduqudakı evindən qaçırılıb.

Keçmiş nazirin oğurlanmasından 3 gün keçsə də, siyasətçidən heç bir xəbər yoxdur, onunla heç kim əlaqə saxlamayıb və onun dəqiq harada olduğunu heç kim bilmir. 

Qeyd edək ki, Uedraoqo müxalifətin üzvüdür və 2022-ci il sentyabrın sonunda dövlət çevrilişindən sonra hakimiyyətə gələn İbrahim Traore hökumətini kəskin tənqid edir.

Nuranə Abbasova