İsveç Türkiyəyə hərbi məhsulların ixracına qoyulan embarqonu ləğv edib və Türkiyəyə müdafiə sənayesi sahəsində ixrac lisenziyası verməyə başlayıb.

"Unikal" xəbər verir ki, bunu Türkiyə xarici işlər nazirinin müavini Burak Akçalar bildirib.

“Parlament komitəsi İsveçin NATO-ya üzvlük təklifini qəbul etdikdən sonra hadisələrin diqqətəlayiq inkişafı baş verdi. Məlum olub ki, İsveç uzunmüddətli embarqodan sonra Türkiyəyə müdafiə sənayesi sahəsində ixrac lisenziyaları verməyə başlayıb”.

2019-cu ilin oktyabrında İsveç Türkiyəyə müdafiə sənayesi tədarüklərinə embarqo qoyub. Dekabrın 26-da Türkiyə Parlamentinin Xarici Əlaqələr Komitəsi İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu səs çoxluğu ilə dəstəkləyib, sənəd müzakirə üçün Baş Assambleyaya göndərilib.