ABŞ-ın “The New York Times” qəzeti süni intellekt şirkətləri Open AI və Microsoft-u yazılı əsərlərə müəllif hüquqları iddiası ilə məhkəməyə verib.

"Unikal" xəbər verir ki, bu kontekstdə süni intellekt şirkətlərinə qarşı iddia qaldıran ilk böyük media qurumu olub. "The New York Times" Open AI və Microsoft-a qarşı iddia qaldıraraq, onların işlərinin icazəsiz istifadə edildiyini və müəllif hüquqlarının süni intellekt texnologiyalarının öyrədilməsi məqsədilə pozulduğunu iddia edib.

Nyu-Yorkun Cənub Məhkəməsində açılan iddiada “The New York Times” qəzetində dərc olunan milyonlarla məqalənin hazırda etibarlı məlumat mənbələri olan xəbər təşkilatları ilə rəqabət aparan chatbotların hazırlanması üçün istifadə edildiyi iddia edilir. Beləliklə, "The New York Times", ChatGPT və digər məşhur süni intellekt platformalarının tərtibatçısı olan şirkətləri öz yazılı əsərləri ilə bağlı müəllif hüquqları ilə bağlı məhkəməyə verən ilk böyük media təşkilatı oldu.