Argentinanın paytaxtında prezidentin siyasətinə qarşı mitinq başlayıb.
"Unikal"
xəbər verir ki, Buenos-Ayresdə prezident Mileinin islahatlarına qarşı kütləvi mitinq keçirilir.

Mitinqdə bir neçə min insanın iştirak etdiyi göstərilir. İnsanlar respublika və şəhər məhkəmələrinin binalarının yerləşdiyi meydana gəliblər.

Jurnalistlərin məlumatına görə, nümayişi yerli həmkarlar ittifaqları təşkil edib. Eyni zamanda aksiyanın təşkilatçıları  paytaxt rəhbərliyi ilə tədbirlə bağlı əvvəlcədən razılığa gəliblər .

Mitinq başlamazdan əvvəl Miley mümkün yolların bağlanmasına cavab olaraq vətəndaşları güc tətbiq etməklə hədələyib. Lakin hazırda şəhərdə vəziyyət sakitdir və nümayişçilər nəqliyyatın hərəkətinə mane olmağa çalışmırlar.

Buna baxmayaraq, etirazçılar fəal şəkildə nağara çalır, müxtəlif şüarlar səsləndirirlər. Xüsusilə də Argentina vətəndaşları dövlət başçısının islahatlarının qanunsuz olduğunu iddia edirlər.

Argentina lideri dekabrın 21-də ölkədə milli iqtisadiyyatın liberallaşdırılması üçün 300-dən çox islahatların aparılması haqqında fərman imzalayıb. Maylinin fikrincə, müvafiq təşəbbüslərin həyata keçirilməsi respublikanın yenidən qurulması üçün ilk addım olmalıdır.