Dekabrın 21-də Praqada Karl Universitetinin Fəlsəfə fakültəsində 14 nəfəri güllələyən, 25 nəfəri yaralayan tələbə David K. atanı və bir uşağı öldürdüyünü də etiraf edib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, polis qatilin yaşadığı evdə bununla bağlı məktub tapıb. 

Bundan əvvəl Praqa polisi məlumat vermişdi ki, dekabrın 15-də Klanovitse parkında 32 yaşlı kişi və onun uşaq arabasında olan iki aylıq qızı güllələnərək öldürülmüş vəziyyətdə tapılıb. 

"Biz qatilin Klanovitse parkında silahlı hücum etdiyini yazan məktubu tapmışıq. Hadisələrin araşdırılması səbəbindən sənədin mətnini indi dərc etmək mümkün deyil", - polisin məlumatında deyilir.