İsveç NATO- ya üzv olmaq üçün ciddi addımlar atıb .

"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidentinin baş müşaviri , səfir Akif Çağatay Kılıç TRT Haber telekanalına müsahibəsində deyib.

Kılıçın dediyi kimi, İsveç öz qanunvericiliyinə və konstitusiyasına dəyişikliklər edib və Madriddə keçirilən sammitdən sonra  İsveç ciddi addımlar atıb.

Onun sözlərinə görə, bu addımlar, xüsusən də qanunlara dəyişiklik edilərkən “çox sadə deyil”. Türkiyə tərəfi İsveçin oxşar dəyişiklikləri davam etdirəcəyini gözləyir.

“Müxtəlif qurumlarımız fəal şəkildə məlumat mübadiləsi aparır. İsveç bu istiqamətdə ciddi addımlar atıb. Biz onları həvəsləndirməyə davam edirik”, – Türkiyə liderinin müşaviri bildirib.

Dekabrın 27-də İsveçin Türkiyəyə hərbi malların tədarükünə qoyulan embarqonu ləğv edib.

Bundan əvvəl Türkiyə amerikalı qırıcıların tədarükü naminə İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyə hazır olduğu bildirilib .