Tobolskda “Vahid Rusiya”dan olan Şəhər Dumasının deputatı ölü tapılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Baza teleqram kanalı məlumat yayıb. 46 yaşlı Vladimir Eqorovun meyiti bu gün günorta saatlarında Kedrovaya küçəsindəki evlərin birinin həyətində aşkar edilib. İstintaqın məlumatına görə, o, evinin üçüncü mərtəbəsinin pəncərəsindən yıxılıb.

Hazırda polis araşdırma aparır.