Konqo Demokratik Respublikasının şərqindəki Cənubi Kivu əyalətində güclü yağışlar nəticəsində azı 40 nəfər həlak olub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, güclü yağışlar daşqın və torpaq sürüşmələrinə səbəb olub, nəticədə əyalətin paytaxtı Bukavuda azı 20 nəfər həlak olub, vilayət paytaxtının cənub-qərbindəki Burhini kəndində də 20 cəsəd aşkarlanıb.