“Tərtər işi” ilə bağlı ittiham olunan Ziya Kazımovun məhkəməsi başa çatıb.

"Unikal" xəbər verir ki, bu barədə hökm Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda elan edilib.

Hökmə əsasən, Vətən müharibəsi iştirakçısı Ziya Kazımov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, bir neçə il əvvəl də Ziya Kazımova əsassız olaraq cinayət işi açılmışdı. Həmin zaman Ziya Kazımov Prezident İlham Əliyevə müraciət etdi və yalnız dövlət başçısının müdaxiləsindən sonra o, ev dustaqlığına buraxılmışdı.

Məhkəmə istintaqı zamanı da Ziya Kazımovun orada iştirak etmədiyi sübuta yetirildi. Buna baxmayaraq, məhkəmə Ziya Kazımova ədalətsiz şəkildə ağır cəza verdi.

Qeyd edək ki, Z.Kazımov psixoloji problemlərdən əziyyət çəkdiyi üçün xəstəxanada müalicə olunur. Məhkəmə onun psixoloji durumunu da nəzərə almadı.

Ziya Kazımovun vəkili Bəhruz Bayramov saytımıza açıqlamasında bildirib ki, qərardan apellyasiya şikayəti verəcəklər:

"Prokuror hansı ittihamı irəli sürmüşdüsə, məhkəmə də həmin cəzanı verdi. Bu, qərəzli qərardır", - deyə o bildirib.