ABŞ Qırmızı dənizdə pilotsuz təyyarə və ballistik raketi vurduğunu açıqlayıb.

“Unikal” xəbər verir ki,bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki,Qırmızı dənizin cənubunda husilərə məxsus pilotsuz uçan aparatı və gəmi əleyhinə ballistik raket məhv edilib.

Açıqlamada bunun husilərin oktyabrın 19-dan bəri beynəlxalq gəmiçiliyə qarşı 22-ci hücum cəhdi olduğu və bölgədə 18 gəmiyə heç bir ziyanın olmadığı da qeyd edilib.

Zərifə Nağıyeva