2024-cü ilin 7 yanvar tarixindən etibarən “Elektron məhkəmə" informasiya sistemində “Elektron kabinet”i olan, Ali Məhkəmənin icraatındakı işlərdə müdafiəçi və ya nümayəndə kimi qeydiyyata alınmış Vəkillər Kollegiyasının üzvlərinə məhkəmə sənədlərinin (bildiriş, qərar və sair) “Elektron kabinet” vasitəsilə təqdim edilməsinə üstünlük veriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, bununla yanaşı, “Elektron məhkəmə” informasiya sistemində "Elektron kabinet"i olmayan vəkillərə məhkəmə sənədlərinin kağız daşıyıcıda göndərilməsi də təmin ediləcək.