Ermənistan-Azərbaycan dövlətlərarası sərhədindən qoşunların qarşılıqlı şəkildə çıxarılması təklifi qüvvədə qalır. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. 

"Ermənistan və Azərbaycan arasında aparılan danışıqlar zamanı Ermənistan tərəfi həmişə qoşunların Ermənistan-Azərbaycan dövlətlərarası sərhədindən çıxarılmasını təklif edib və bu, qüvvədə qalır. Ermənistan Respublikası bunun həyata keçirilməsində iştirak etmək və bununla bağlı müzakirələrə hazırdır", - deyə XİN-dən açıqlayıb. 

Ağarza Elçinoğlu