Səudiyyə Ərəbistanında "Qalatasaray" və "Fənərbağça" komandaları arasında oynanılması planlaşdırılan Türkiyə Superkuboku təxirə salınıb.
"Unikal" xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) və hər iki klubun bununla bağlı yaydığı birgə açıqlamada deyilir:
“Cümhuriyyətimizin və Türkiyə Futbol Federasiyasının 100 illik yubileyini xaricdə qeyd etmək üçün klublarımızla birlikdə Türk futbolunun və klublarımızın marka dəyərinə töhfə verəcək şəkildə təşkil etdiyimiz, 29 dekabr 2023-cü il cümə günü saat 20.45-də (Bakı vaxtı ilə 21:45 – red.) oynanılması planlaşdırılan 2023-cü il Superkubok yarışı təşkilatçılıqda bəzi çatışmazlıqlar səbəbindən klublarımızla verdiyimiz ortaq qərar nəticəsində başqa tarixə təxirə salındı.
Superkubokun təşkilində indiyədək göstərdikləri səylərə görə Futbol Federasiyasına və ev sahibi ölkənin müvafiq qurum və təşkilatlarına təşəkkür edirik”.
*** 22:27
Türkiyə Superkubok finalı ləğv edildi.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fenerbahçe" və "Galatasaray" futbol klubları final oyununa çıxmayacaqlarını bildirib.
"Fənərbaxça" - "Qalatasaray" matçı nəzərdə tutulduğu kimi 21:45-də başlamayıb. Türkiyə mətbuatının yazdığına görə, komandalar hələ ki, olduqları oteli tərk etməyib.