Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək Türkiyə Superkubokunun final matçı ləğv edilib.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, qalmaqala səbəb olan Atatürk köynəyinin görüntüsü yayılıb. Ağ fonda Türkiyə bayrağı və "Fənərbaxça" loqosu olan köynəyin ortasında Atatürkün portreti var.

Futbolçulara Atatürk köynəkləri geyinərək isinmə hərəkətlərinə icazə verilmədiyi üçün hər iki komanda oynamamaq qərarına gəlib.

Digər tərəfdən, Səudiyyə Ərəbistanı rəhbərliyi matça gələn və üzərində Atatürkün portretləri olan köynək geyinən azarkeşləri stadiona buraxmayıb.