Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran və axtarışa verilən Aram Nikolyan İctimai Televiziya kanalının baş stilisti vəzifəsindən qovulduqdan sonra onun bütün dövlət layihələrinə çıxışına blok qoyulub.

"Unikal" xəbər verir ki, bu barədə o, erməni mediasına müsahibəsində deyib. 

Peşman olmadığını deyən Nikolyan dövlət tərəfindən təzyiqə məruz qaldığını deyib.

O hətta bildirib ki, sosial şəbəkə hesabları "hücumlar"a məruz qalıb.