Amerikalı milyarder İlon Mask 2023-cü ildə 95,4 milyard dollar qazanıb.

“Unikal” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilir ki, SpaceX və Tesla şirkətlərinin sahibi dünyanın 500 ən varlı adamı siyahısına başçılıq etməkdə davam edir. Qeyd edək ki, dünyanın ən varlı sahibkarlarının ümumi sərvəti 2023-cü ildə 1,5 trilyon dollar artıb.

Zərifə Nağıyeva