Mingəçevir şəhərində mənzildə yanğın baş verib.  

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsində qeydə alınıb. Qonşular mənzildə tüstülənmə olduğunu görüb yanğınsöndürənləri əraziyə çağırıblar. Mənzilə daxil olan yanğınsöndürənlər alovu lokallaşdırıblar. Hadisə zamanı ev sahibi mənzildə olmayıb. 

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Ehtiram Muradov