Erməni "soyqırımı" yenə gündəmdə
19:12 25-04-2013
İQTİSADİYYAT
Erməni "soyqırımı" yenə gündəmdə
Azərbaycan aktivliyini artırmalıdır
Israil-Azərbaycan münasibətlərinin istiləşdiyi bir zamanda İsrail parlamentindən gözlənilməz addım atılıb. Belə ki, İsrail parlamenti qondarma "erməni soyqırımı" ilə bağlı qanun qəbul etməyə hazırlaşır.Aprelin 23-də İsrail Knesseti millət vəkili Zehava Gal-Onun təşəbbüsü ilə "erməni soyqırımı" məsələsini müzakirə edib.
Zehava Gal-On İsrail və Türkiyə arasında münasibətlərin yaxşılaşması səylərinə baxmayaraq, Knessetin "erməni soyqırımı" ilə bağlı qanun qəbul etməsinin vacib olduğunu söyləyib. Knessetin sabiq sədri Reuven Rivilin də İsrail və Türkiyə arasındakı strateji əlaqələrin parlamentin "erməni soyqırımı"nı tanımasına əngəl olmadığını bildirib. Parlamentin iclasında "erməni soyqırımı" ilə bağlı bir qanun layihəsi hazırlanmalı barədə təklif qəbul edilib. Qanun layihəsinin hazırlanması Knessetin bir komitəsinə həvalə edilib. Maraqlıdır, belə bir məqamda İsrail parlamenti hansı səbəbdən belə addım atdı? Bunu da qeyd edək ki, İsrail parlamenti ilk dəfə belə bir addımı bir il öncə atmaq istəyirdi. Həmin zaman İsrail və Türkiyə münasibətləri kifayət qədər gərginləşmişdi və Türkiyə İsrailin üzr istəməsini tələb etmişdi. Bir illik sərt savaşdan sonra nəhayət ki, ABŞ-in dəstəyi ilə məsələ həllini tapdı və İsrail üzr istədi. Bunu da qeyd edək ki, həmin ərəfədə Azərbaycanda İsrail və Türkiyənin münasibətlərini qaydaya salmaq üçün çox cəhdlər etdi və məhz Azərbaycanın səyi nəticəsində o zaman İsrail parlamenti qondarma erməni soyqırımını tanımadı. İndi isə bütün proseslər arxada qalmışdı və gözlənilmədən belə addım atıldı. Ən maraqlısı isə bu oldu ki, İsrail parlamenti bu məsələni məhz Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsraildə olanda atdı. Ekspertlər bildirir ki, əslində İsrail parlamentinin belə bir addım atması təsadüfü deyil və məsələnin kökündə yenə Fələstin məsələsi durur. Belə ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fələstinə gedəcəyini bəyan etmişdi. İsrail tərəfi isə qəti şəkildə bunun əleyhinə oldu və ABŞ dövlət katibi Türkiyənin baş nazirindən səfəri təxirə salmağı xahiş etdi. Amma baş nazir bununla razılaşmadı və Fələstinə gedəcəyini bəyan etdi. Müşahidəçilərin fikrincə İsrail parlamenti də məhz bunu nəzərə alaraq belə bir addım atıb. Amma ekspertlər hesab edir ki, İsrail parlamenti belə bir addım atmayacaq. Bunun isə bir sıra səbəbləri var. İlk növbədə ermənilər hər zaman çalışırlar ki, yəhüdi soyqırımı ilə erməni "soyqırımı"nı eyniləşdirsinlər. Yəhüdi lobbisi isə hər zaman bunun əleyhinə olub və açıq şəkildə bəyan ediblər ki, olmayan bir hadisə ilə yəhüdi soyqırımını eyniləşdirmək yəhüdilər üçün ləkədir. Buna görə də hesab edilir ki, yəhüdi lobbisi İsrail prlamentinə belə bir addım atmağa imkan verməyəcək. Bundan başqa bu gün Azərbaycan və İsrail arasında strateji bir müttəfiqlik var və İsrail parlamenti belə addım atarsa bu müttəfiqliyə zərbə olacaq. Hələ ötən ildə Azərbaycan rəsmiləri İsraillə danışıqlar apararaq belə bir addımın atılmasını yolverilməz hesab etdilər. Hətta Azərbaycanda yaşayan yəhüdilərdə bu məsələyə sərt təpki verdilər və məsələ yarımçıq qaldı. Politoloqlar hesab edir ki, yenə də Azərbaycan aktivləşəcək və İsrail rəhbərliyi ilə məsələnin həll edilməsinə çalışılacaq. Başqa bir tərəfdən isə bu gün İsrailə Türkiyə ilə münasibətləri qorumaq çox lazımdır. Çünki Türkiyə faktiki şərqdə hadisələrə bir başa təsir edən dövlətə çevrilib və İsrailin elə maraqları var ki, onların həlli məhz Türkiyədən asılıdır. Amma İsrail parlamenti belə addım atarsa deməli həm də öz maraqlarından imtina etməli olacaq.Ən vacib bir məqam isə budur ki, bu gün Türkiyə İranın yanında olarsa İsrailin regionda təsir imkanları sıfır olacaq. Hətta İrana hərbi müdaxilə belə mümkünsüz olacaq. Hətta müdaxilə olarsa bu yer üzündə müsəlman-yəhüdi münaqişəsi həddinə çatacaq ki, buda İsrailin dövlət olaraq süqutu deməkdir. Beləliklə ekspertlər hesab edir ki, İsrail parlamenti hazırda sadəcə olaraq Türkiyəyə güc nümayiş etdirməklə baş nazirin Fələstinə səfərini əngəlləmək istəyir.
Fuad
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55