“Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsünün üzərində hərəkət edən avtomobillərdən birinin mühərrik hissəsində texniki səbəbdən qəfil buxarlanma yaranıb".
"Unikal" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəi məlumat yayıb.
Avtomobildə azyaşlı uşaqlar olduğundan və digər təhlükəli vəziyyətin yaranmaması üçün Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən dərhal yaxınlıqda xidmət aparan yol polisi əməkdaşlarına məlumat verilib.
Yol polisi əməkdaşlarının köməkliyi ilə yaranan problem həll edilərək, yolda digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib”.