Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında dam örtüyü 20 m² sahədə və ev əşyaları yanıb.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, yüksək temperaturdan hamam otağının plastikdən ibarət qapı və dəhlizin pəncərə çərçivəsi əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.