Qəzza zolağında döyüşlər İsrail məqsədlərinə çatana qədər davam edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib. 

"Qələbə qazanmaq daha çox vaxt aparır. Müharibə hələ çox aylar davam edəcək. Mənim siyasətim aydındır: müharibənin bütün məqsədlərinə çatana qədər mübarizəni davam etdirmək", - Netanyahu mətbuat konfransı zamanı deyibş 

İsrailin baş naziri həmçinin bəyan edib ki, ölkəsi bütün cəbhələrdə müharibə aparır və İranla hər yerdə və hər vasitə ilə qarşı-qarşıya gələcək.

Ağarza Elçinoğlu