Rusiya Federasiyası bu il öz maraqlarını qətiyyətlə müdafiə edib.

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Yeni il bayramı ilə əlaqədar xalqa müraciətində deyib. 

"Biz 2023-cü illə vidalaşırıq, bu, tezliklə tarixin bir hissəsinə çevriləcək və biz irəli getməliyik, gələcəyi yaratmalıyıq. 2023-cü ildə biz çox çalışdıq və çox şeyə nail olduq, ümumi nailiyyətlərimizlə fəxr etdik, uğurlarımıza sevindik və milli maraqlarımızı, azadlığımızı və təhlükəsizliyimizi, bizim üçün sarsılmaz dayaq olmuş və qalan dəyərlərimizi qoruyaraq möhkəm olduq", - Rusiya lideri qeyd edib. 

Gülayə Mecid