Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov dekabrın 30-da şəxsən Ukrayna prezidenti Volodimir Zelenskidən Belqorodu atəşə tutmaq əmri alıb.

"Unikal" xəbər verir ki, bu barədə RT məlumat yayıb 

Bundan əlavə,  Rusiyanın Belqorod vilayətində terror aktını törədənin “Kraken” milli batalyonunun şəxsi heyəti olduğu bildirilir.

Dekabrın 31-də Rusiyanın Səhiyyə Nazirliyi Belqorodun atəşə tutulması nəticəsində 24 nəfər ölüb, yaralananların sayı isə 131 nəfərə çatdığını açıqlayıb.