Danimarkanın gəmiçilik şirkəti Maersk-in Hangzhou ticarət gəmisi Qırmızı dənizdə husilər tərəfindən yenidən hücuma məruz qalıb və ABŞ vertolyotları hücum edən gəmiləri batırıb.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.

Bazar günü səhər saatlarında ABŞ Mərkəzi Komandanlığı USS Gravely-nin Husilərin Sinqapur bayraqlı Hangzhou gəmisinə hücumuna cavab olaraq Qırmızı dənizdə iki gəmi əleyhinə ballistik raketi vurduğunu bildirib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin helikopterləri özünümüdafiə məqsədi ilə cavab atəşi açaraq, dörd kiçik qayıqdan üçünü batırıb və ekipajları zərərsizləşdirib. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, dördüncü qayıq ərazini tərk edib.