Harvard Universitetinin rektoru Klodin Gey elmi işində plagiat iddiaları, eləcə də ABŞ Konqresində universitetdə antisemitizmlə bağlı dinləmələrdə uğursuz çıxışı səbəbindən istefa verməyə hazırlaşır.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Gey vəzifəyə 6 ay əvvəl təyin olunub.
Rektor vəzifəsindən getdiyini elektron poçtla elan edəcək.
Harvard Korporasiyasının üzvləri prorektor Alan M. Qarberi müvəqqəti rektor təyin ediblər.