Bakıda keçmiş məhkumdan silah götürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan Nardaran qəsəbə sakini, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Həsən Rinyatovdan nömrəsi silinmiş “AK” markalı avtomat silah və 27 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.