Ağdaş rayonunda iki yük avtomobili toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayonun Əmirarx kəndi yaxınlığından keçən hissəsində baş verib.

Biri "KamAZ" markalı olmaqla iki yük maşının toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Yevlax rayon sakini Qocayev Elşən Nizami oğlu dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov