Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Seymur Səfərov saxlanılıb.
"Unikal" xəbər verir ki, onun üzərinə baxış zamanı 1 kiloqram 150 qram psixotrop maddə metamfetamin və 995 qram tiryək aşkar olunaraq götürülüb. S.Səfərov narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.
Həmçinin, son bir-neçə gün ərzində Yeni Günəşli qəsəbəsində müxtəlif şəxslər tərəfindən aşkar edilən 2 ədəd “Kalaşnikov” markalı avtomat silah və 30 ədəd patron həmin vətəndaşlar tərəfindən könüllü olaraq 33-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.