Bakıda qızıl üzük oğurlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin cibindən 900 manat dəyərində qızıl üzüyünü oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini F.Xudiyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.