Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində qanunsuz odlu silah-sursat saxlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, keçirilmiş tədbirlərlə əvvəllər də məhkum olunmuş şəhər sakini Elçin Qəribov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat, 14 ədəd patron və daraq aşkar edilərək götürülüb.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, E.Qəribov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.