Yanvarın 8-də ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 63 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.
Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 ədəd avtomat, 1 tapança, 3 ədəd qumbara, 1 alışdırıcı, 30 ədəd müxtəlif markalı tüfəng, 10 patron darağı və 766 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.