Qeyri-iş günlərində, yəni yanvar ayının 1-6 tarixləri aralığında respublika ərazisində ümumilikdə ölüm və xəsarətlə nəticələnən 20 yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, qəzalar nəticəsndə 8 nəfər həyatını itirib, 20 nəfər isə xəsarət alıb.