Xəbər verdiyimiz kimi, Sabunçu rayonunda yerləşən “Medicare” klinikasında 1971-ci il təvəllüdlü Lətafət Məmmədova plastik əməliyyat zamanı dünyasını dəyişib. Bu hadisədən sonra Səhiyyə Nazirliyi "Medicare" klinikasında yoxlamalara başlayıb və klinikanın fəaliyyəti dayandırılıb.

“Unikal”ın məlumatına görə, bağlanan klinika artıq öz avadanlıqlarını satışa çıxarıb.

Klinika USM (UZİ) aparatlarını 3-4 min manata təklif edir.

Qeyd edək ki, Sabunçu rayon prokurorluğu da hadisə ilə bağlı araşdırmalara başlayıb.

Seymur Əli