Bakıda metal qəbulu məntəqəsindən mis və alüminium oğurlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 6-da rayon ərazisində metal qəbulu məntəqələrinin birinin həyətindən 1500 manat dəyərində mis və alüminium oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini O.İbrahimzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.